“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il qərarına dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Həmin qərarın 1-ci hissəsi aşağıdakı redaksiyada verilib:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin: Kollegiyanın sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri
2. Kollegiyanın üzvləri: Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin icraçı direktoru.
Qeyd edək ki, Agentliyin İcraçı Direktoru Orxan Vidadi oğlu Məmmədovdur.
Buna qədər İqtisadiyyat Nazirliyinin kollegiyası belə idi:
Kollegiyanın sədri |
|
Mustafayev Şahin Abdulla oğlu |
– Azərbaycan Respublikasının İqtisadiyyat naziri |
Kollegiyanın üzvləri: |
|
Məmmədov Rüfət Tofiq oğlu |
– Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini |
Həsənova Sevinc Telman qızı |
– Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini |
Məmmədov Sahib Əli oğlu |
– Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini |
Səfərov Niyazi Abdulla oğlu |
– Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini |
Abdullayev Şirzad Əyyub oğlu |
– Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini |
Əliyev Tapdıq Vaqif oğlu |
– Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri |
İsayev Zahid İsa oğlu | – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi |