2 C
Baku
Saturday, December 14, 2024

“Kommunikasiyalar tamamilə bizim nəzarətimizdə olmalıdır” – Paşinyan

Ermənistan ərazisindən keçən kommunikasiyalar tamamilə bizim nəzarətimizdə olmalı və ölkə qanunvericiliyinə uyğun işləməlidir”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd departamenti öz növbəsində əldə olunmuş razılaşmaların icrasına nəzarət etməlidir”, – Paşinyan qeyd edib.

O əlavə edib ki, Ermənistan kommunikasiyaların açılmasında son dərəcə maraqlıdır və 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq, istənilən vaxt qərar qəbul etməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər