22 C
Baku
Friday, April 19, 2024

Konstitusiya Məhkəməsi bəzi məhkəmə mübahisələrilə bağlı qərarını açıqlayıb

Konstitusiya Məhkəməsi kommersiya, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı qərarını açıqlayıb.

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Prosessual Məcəllənin bir sıra maddələrilə bağlı müraciətinə baxılıb və qərar qəbul edilib.

Qərarda deyilir ki, Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin I hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3–4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər