4 C
Baku
Friday, March 29, 2024

“Kontakt” indi hamıya yaxın – ÖLKƏ ÜZRƏ ÇATDIRILMA

®Ölkənin lider riteyl şəbəkələrindən olan “Kontakt” bu dəfə də hər kəsi sevindirəcək yeniliklə gəlir.  İndi sevindirən şəbəkə xidmət dairəsini daha da genişləndirərək ölkə üzrə hər tərəfə (Naxçıvan MR istisna) çatdırılma həyata keçirir.

Bunun üçün sadəcə kontakt.az saytına daxil olub almaq istədiyiniz məhsulu onlayn şəkildə sifariş edə bilərsiniz. Sifarişiniz ən qısa zamanda düz qapınızadək çatdırılacaq. Özü də 50 manatdan yuxarı sifarişlərin çatdırılması tamamilə pulsuzdur. 50 manatdan aşağı sifarişlər üçün çatdırılma haqqı isə cəmi 3 manatdır. Ödənişi istər onlayn, istərsə də qapıda nağd və ya bank kartıyla etmək imkanınız var. Taksit kart sahibləri nağd qiyməti hissələrə də bölə bilər.

Qeyd edək ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 32 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Yeniliklər barədə daha ətraflı məlumat almaq üçün *6060 Çağrı Mərkəzinə zəng edin.

Sevimli məhsulları ən sərfəli şərtlərlə indi bütün ölkəyə daha yaxın edərək Kontakt – Sevindirir! 

Son xəbərlər
Digər xəbərlər