®Elektronika və ev əşyaları üzrə ölkənin ən aparıcı satış şəbəkələrindən olan “Kontakt” dünyaca məşhur “Tefal” brendinin Azərbaycandakı rəsmi distributoru oldu.
Müştərilərinə ən lazım olanı ən sərfəli şərtlərlə təqdim etməyi və bununla onları sevindirməyi özünə hədəf qoyan şəbəkə artıq illərdir dünyanın 30-dan çox aparıcı brendinin ölkəmizdəki partnyorudur. Müştərilər sevdikləri “Tefal” məhsullarının geniş çeşidini sevindirən şəbəkədən rəsmi istehsalçı zəmanəti ilə ala bilərlər.
Brendin gəlişi münasibətilə oktyabrın 24-dək bütün “Kontakt Home” mağazalarında və kontakt.az saytında irili-xırdalı bütün Tefal məhsullarına sizi nağd alışda xüsusi endirimlər, hissəli alışda isə 18 aylıq faizsiz və komissiyasız münasib ödəniş imkanları gözləyəcək.
İndi isə keyfiyyəti ilə yanaşı estetikası ilə də seçilən “Tefal”ın bu təkliflərinə birlikdə nəzər salaq:
- Brendin tavaları hər zaman keyfiyyət etalonu hesab edilib. Hətta qara səthli digər tavaların istehsalçıları da öz məhsullarını “Tefal tavaları” adı altında tanıtmağa çalışır. Lakin “Tefal” keyfiyyətini heç bir istehsalçı təqdim edə bilmir. “SimplyClean” seriyasının 26 sm-lik tava modeli qalın alt qata malikdir. Tavanın səthi istiliyi bərabər paylayır. Yapışmayan səthi sayəsində isə mükəmməl qızartmalar və yağsız yeməklər hazırlamaq mümkündür. Qiymət isə 40 yox, sadəcə 29 manat.
- Avropanın №1 ütü istehsalçılarından biri olan “Tefal” 2400 Vt-lıq buxarlı ütü modeli ilə zəhmətsiz ütüləmə təcrübəsi söz verir. Modelin şok buxar funksiyası ən çətin qırışların öhdəsindən belə məharətlə gəlir. “Kontakt” bu keyfiyyəti 120 manat deyil, kampaniya çərçivəsində cəmi 69 manata təklif edir.
- Brendin “Köpüklüm” qəhvəbişirən modeli həqiqətən də adının haqqını verir. Eyni vaxtda 4 fincan qəhvə hazırlaya bilən model hər fincanda bol köpüklü ləzzəti ilə seçilir. Qiymət isə 200 yerinə, cəmi 159 manat.
- Bu robot tozsoran ev heyvanı olanların xüsusi ilə marağına səbəb olacaq. “X-Plorer Seriya 75” modeli 4 ü-1 arada təmizləmə funksiyasına malik olub maksimum vaxta qənaət etməyə imkan yaradır. Əlçatmayan divan, çarpayı altları, ev heyvanlarının tükləri artıq sizi qorxutmasın. Çünki “Tefal” var. Qiymət isə olduqca münasib, ayda cəmi 88 manatdır.
- Bütün döşəmələrə uyğun başlıq, LED işıqlı mühərrikli fırça, uzun batareya ömrü, ultra yüngül gövdə, 45 dəqiqəyə qədər istifadə müddəti-bütün bunlar “Tefal”ın naqilsiz tozsoranında birləşərək evinizin dib-ducaq dərindən təmizlənməsini təmin edəcək. Qiymət isə ayda cəmi 27 manat.
Fransız zərafətini və Avropa keyfiyyətini özündə birləşdirən “Tefal” hazırda dünyanın 120-dən çox ölkəsində insanların həyatını asanlaşdıran innovativ həllər təqdim edir. Əgər brend əvvəllər yüksək keyfiyyətli tava istehsalçısı kimi tanınırdısa, bu gün kiçik məişət texnikası istehsalında da Avropanın №1 brendləri sırasında öz layiqli yerini tutur. Çünki “Tefal” zamanla ayaqlaşmağa deyil, onu qabaqlamağa çalışır.
Siz də “Tefal” brendinin çaydandan tutmuş qəhvəbişirənə, ütüdən buxarlı generatora, tavadan blendera, adi tozsorandan robot tozsorana qədər uzanan geniş çeşiddə keyfiyyətli məişət əşyalarını brendin ölkəmizdəki rəsmi təmsilçisindən almaq istəyirsinizsə, sadəcə sizə yaxın “Kontakt Home” mağazasına gəlin!