10 C
Baku
Thursday, December 12, 2024

“Kontakt”da “Hədiyyəli Yeni İl” festivalı – 50%-DƏK ENDİRİMLƏR

®Ən yaxşı Yeni İl hədiyyələri və endirimləri üçün hansı vaxtı gözləmək lazımdır? “Kontakt”-la gözləməyə ehtiyac yoxdur. Çünki artıq bu gündən bütün “Kontakt Home”, “Kontakt Smart” və “Kontakt Mebel” mağazalarında və kontakt.az saytında hər növ məhsula nağd alışda 50%-dək endirimli “Yeni İl” kampaniyası başlayır. Üstəlik “Kontakt” bu endirimli qiymətləri 6 aya ödəmək imkanı da yaradır. Hədiyyələri pulsuz da apara bilərsiniz. Yeni İldə “Şeş-Qoşa” kampaniyası da qayıdır! Məhsulları endirimlə alıb mağazada zər atırsınız və bəxtinizə 6 qoşa düşərsə, məhsulu tamamilə pulsuz aparırsınız. “Kontakt”ın kampaniyaları sizing cibinizi, seçdiyiniz hədiyyələr isə doğmalarınızı sevindirəcək.

Gəlin, bəzi kampaniya məhsulları ilə tanış olaq:

    • 81 sm diaqonallı, smart funksiyalı televizor yeni evə köçmüş doğmalarınız üçün əla xoş gəldin hədiyyəsi olacaq. Kampaniya çərçivəsində düz 120 manat endirimlə cəmi 399 manata;
  • Mi band 5 hədiyyə üçün ən yaxşı seçimlərdən ola bilər. Düz 50% endirimlə cəmi 49 manata;
  • Yeni ildən təmizliyə sərf edəcəyiniz vaxtı doğmalarınızla keçirəsiniz deyə Xiaomi robot tozsoranı 171 manat endirimlə, cəmi 329 manata;
  • Yeni İl evinizi yeniləmək üçün də əla vaxtdır. 4 hissəli Alyans-Melis qonaq dəsti 570 manat endirimlə cəmi 1329 manata;
  • Yataq otağınızın abu-havasını dəyişəcək Cornelia yataq örtüyü 102 manat endirimlə 239 manata olacaq.

Kampaniya yanvarın 16-dək davam edəcək. Bu müddətdə kredit almaq istəyənlər də sevinəcək. Çünki bütün telefonlar 12, televizor, məişət, ev tekstilləri 18, mebellər isə 24 ayadək faizsiz, ilkin ödənişsiz və komissiyasız şərtlərlə olacaq.

Odur ki, ən yaxşı hədiyyə seçimləri üçün “Kontakt”a gəlin! Sevindirən şəbəkə hər birinizi qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik edir!

Xatırladaq ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distributoru, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distributoru, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 34 mağazası və kontakt.az  onlayn mağazası fəaliyyət göstərməkdədir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan  müəyyən edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər