10 C
Baku
Wednesday, December 11, 2024

“Kontakt”ın “Şeş-qoşa” kampaniyasında 67 578 manat uduldu: Elektromobil uduşu davam edir – Video

®“Kontakt” mağazalar şəbəkəsinin elan etdiyi “Şeş-qoşa” kampaniyası qısa müddətdir başlamasına baxmayaraq artıq müştərilər ümumilikdə 67 578 manatlıq uduş qazanıblar.

Elektromobil qazanmaq şansı isə yenidən növbəti həftəyə qalıb. Belə ki, ötən şənbə kampaniyanın ikinci həftəsinin finalı keçirilib. Kampaniyada iştirak edərək final mərhələsinə yüksələn Elşən ƏhmədovGülşən Həmidova super priz – “Volkswagen ID.4” elektromobilini qazanmaq üçün son dəfə zər atıblar. Onlar 6/1, 5/1 kombinasiyaları ilə elektromobilə çox yaxın olsalar da, “şeş qoşa” (6/6) ata bilmədiklərinə görə aldıqları məhsulun 100% məbləğində uduş ilə kifayətləniblər.

Qeyd edək ki, növbəti həftə üçün finalçıların sayı artmaqda davam edir. Siz də adınızı bəxtigətirənlər siyahısına yazdırmaq istəyirsinizsə, vaxt itirmədən istənilən “Kontakt Home” və ya “Kontakt Smart” mağazasına yaxınlaşın, nağd, “3 dəfəyə ödə” və ya kredit şərti ilə hər hansısa məhsulu alın. Elə mağazadaca, “Şeş-Qoşa” stendində bəxtinizi sınayıb:

  • “Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;
  • Ən əsası isə, şeş-qoşa ataraq, “Volkswagen ID.4” elektromobilini pulsuz aparın!

 “Şeş-Qoşa” kampaniyasının budəfəki super prizi 100% elektriklə çalışan, “İlin avtomobili” seçilən “Volkswagen ID.4”dür.

Odur ki, “Kontakt”ın sevindirdiyi on minlərlə insandan biri olmaq üçün vaxt itirmədən sizə ən yaxın “Kontakt” mağazasına tələsin.

Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.

Kampaniya haqqında detallı məlumatı buradan əldə etmək mümkündür.

İndi isə ikinci həftənin finalından olan həyəcanlı anları sizinlə bölüşürük: 

Son xəbərlər
Digər xəbərlər