1 C
Baku
Saturday, December 14, 2024

Koreyada Qarabağın investisiya potensialı ilə əlaqədar forum keçirilib

Koreya Respublikasının paytaxtı Seul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə “Azərbaycan – Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr” mövzusunda tədbir keçirilib.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirlikdən bildirilir ki, tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. O, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib.

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişi, bərpa-quruculuq işləri, reallaşdırılan layihələr, ölkəmizdə xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən islahatlar, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Tədbirdə həmçinin, Ələt Azad İqtisadi Zonasının ticarət, nəqliyyat-logistika imkanları və Azərbaycanda reallaşdırılan investisiya layihələrinə dair təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

 

Son xəbərlər
Digər xəbərlər