10 C
Baku
Thursday, December 12, 2024

Koronavirusa yoluxulub sağaldığınızı göstərən 5 əlamət

Koronavirus sürətlə yayılmağa davam edir, bununla əlaqədar olaraq Oxford universitetinin ingilis alimləri insanın koronavirusa yoluxub sağaldığını göstərən simptomları müəyyən ediblər.

Əgər siz də test verməmisinizsə və özünüzü narahat hiss edirsinizsə, aşağıdakı simptomlara nəzər yetirin.

İybilmə qabiliyyətini itirmək

Dad və iybilmə qabiliyyətini itirmək – koronavirus infeksiyasının mərkəzi sinir sisteminə nüfuz etməsinə işarə edən simptomlardan biridir. Çoxları bunu burun tutulması ilə əlaqələndirir. Yox, əgər burun tutulması yoxdursa, koronavirusa yoluxduğunuza əmin ola bilərsiniz.

Güclü yorğunluq sindromu

Hətta sağalandan sonra belə özünüzü yorğun hiss edirsiniz. Səhər tezdən istirahət etmiş olduğunuzu hiss etmirsiniz. Bunun səbəbi orqanizmdə baş verən intoksikasiyadır. Adətən belə hallarda insan daha çox yatmaq istəyir.

Konyunktivit

Gözlərdə göynəmə, qızartı və ya qaşınma – bütün bunlar koronavirusun əlamətləridir. Bir çox insan bunu soyuqdəymə və ya kompüter qarşısında çox oturma ilə əlaqələndirir və ciddi qəbul etmir.

Əl barmaqlarında səpgi

Bu simptom ən çox gənclərdə və uşaqlarda müşahidə olunur. Adətən bu halda xəstəlik yüngül keçir.

İnsult şübhəsi

Qeyd edək ki, koronavirus təkcə ağ ciyərlərə deyil, həm də beyinə nüfuz edə bilər. Müşahidələr göstərir ki, infeksiyanı yüngül keçirən xəstələr arasında tez-tez rast gəlinən simptomlar bunlardır: başgicəllənmə, huşunu itirmək, əzələlərdə keyimə. Unutmayın ki, insult da həmçinin eyni simptomlarla müşayiət olunur.

Son xəbərlər
Digər xəbərlər