2021-ci ilin may və iyun ayları ərzində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 13,3 milyon manat, qeyri-tibb işçilərinə isə 1,4 milyon manat müddətli əlavə ödənilib.
Banker.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 2 791,59 manat məbləğində müddətli əlavə ödənilib.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə may və iyun ayları üzrə 10 000 manat məbləğində mükafat ödənilib.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar | Dövlət tibb müəssisələri üzrə | Özəl tibb müəssisələri üzrə | Könüllülər üzrə | Cəmi | |
Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||||
May | 10 265 093,83 AZN
(9 713 nəfərə) |
961 818,63 AZN (2 081 nəfərə) | 2 791,59 AZN
(2 nəfərə) |
5 000,00 AZN
(20 nəfərə) |
11 234 704,05 AZN |
İyun | 3 068 984,44 AZN
(3 891 nəfərə) |
446 128,66 AZN
(992 nəfərə) |
0,00 AZN
(0 nəfərə) |
5 000,00 AZN
(20 nəfərə) |
3 520 113,10 AZN |