14 C
Baku
Wednesday, April 17, 2024

Koronavirusun təsiri: Ölkənin turizm sektorunda işçi ixtisarları olub

Azərbaycanın turizm sektorunda çalışan işçilərin sayında azalma müşahidə edilir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin avqust ayının 1-nə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində çalışanların sayı  24 min 100 nəfər təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu sahə üzrə işçilərin sayı 26 min 900 nəfər olub. Belə ki, turizm sektorunda işçilərin sayı illik müqayisədə 2 min 800 nəfər və yaxud 10,4% azalıb.

Onlardan mini dövlət sektorunda, 23 min 100 nəfəri isə özəl sektorda çalışıb. 2019-cu ilin avqust ayının 1-nə isə bu sahənin dövlət sektorunda min nəfər, özəl sektorunda isə 25 min 900 nəfər işləyib.

Bildirək ki, cari ilin yanvar-iyul aylarında orta aylıq əməkhaqqı turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin dövlət sektorunda 1 209,4 manat, özəl sektorunda isə 521,5 manat təşkil edib.

Onu da qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər