12 C
Baku
Wednesday, December 11, 2024

Korporativ idman ayaqqabıları: Avropa Bankı dress-kodu ləğv etdi

Lixtenşteyndəki Bank Frick daha az sərt dress-kodun tətbiqi ilə əlaqədar, bütün işçilərə bankın korporativ rənglərində olan Adidasın ayaqqabılarından hədiyyə edib.

Banker.az bildirir ki, bu yaxınlarda Bank Frickdə yeni «smart-casual» stilində dress-kod tətbiq edilib, bu dress-kod işçilərə idman ayaqqabılarıyla iş kostyumunu geyinməyə imkan yaradır, qalstukları isə unutmaq olar. Artıq kişilər qalstuk taxmaq məcburiyyətində deyillər və köynəyin üzərindəki bütün düymələri bağlamaq tələb olunmur. Həmçinin chinos-şalvarlar və qara cinslər geyinməyə imkan verilir, polo köynəklər uzun qollu köynəklərə alternativ ola bilər.

Bankın 20 illik yubileyi qeyd edildiyi zaman, bütün işçilərə Adidas İdman ayaqqabıları hədiyyə edilmişdi.

Sigvard Volvend, Bank Frick-in korporativ və bazar kommunikasiyalarının rəhbəri, yeni dress-kodun tətbiqi, xüsusilə bankın müştəri strukturunda dəyişiklik ilə bağlı olduğunu bildirdi. O, gənc iş adamlarının 10 il bundan əvvəlkindən həm görünüşdə, həm davranışlarında  fərqləndiyini qeyd etdi. Bu gün bir çox bank müştərisi fintex və blockchain sahəsində çalışır.

Bank, fayda olaraq şirkətə gənc istedadların axınını gözləyir. Volvendə görə, onlar yeni dress-kodun Bank Fricki cəlbedici işəgötürən kimi təqdim etməkdə kömək edəcəyinə inanırlar.

Son xəbərlər
Digər xəbərlər