22 C
Baku
Thursday, April 25, 2024

Korporativ maliyyə üzrə baş mütəxəssis – PAŞA Sığorta

“PAŞA Sığorta” ASC namizədləri “Korporativ maliyyə üzrə baş mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında bilavasitə iştirak etmək;
• Departamentlər tərəfindən büdcənin icrası haqqında məlumat toplamaq;
• Xərclərə, təsdiqlənmiş illik büdcə çərçivəsində mütəmadi olaraq nəzarət etmək və kənarlaşmalar yarandıqda birbaşa rəhbəri və müvafiq departamenti məlumatlandırmaq;
• Aylıq olaraq xərclərin səmərəliliyini təhlil etmək, mal və xidmətlərin alış qiymətlərini nəzərdən keçirmək, xərclərin azaldılması və bu kimi istiqamətlərdə alternativ təşəbbüslər ilə çıxış etmək;
• Büdcə, xərclərin təsdiqi, təchizat, ödənişlərin aparılması və s. aidiyyatı proseslərin təkmilləşdirilməsi istiqamətində işlər aparmaq;
• Aylıq korporativ hesabatların (“Rəhbərliyə Hesabat”) hazırlanmasında iştirak etmək;
• Hesabat prosedurlarını daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verən şəkildə icra etmək;
• Daxili hesabat sisteminin inkişaf prosesinə töhfə vermək və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olmaq;
• Departamentlər tərəfindən təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığını təhlil etmək və son məlumatları müzakirə etmək;
• Departamentlərə müxtəlif planlama və proqnoz işləri üçün zəruriyyət yarandıqda məlumat dəstəyi göstərmək;
• Proseslərin müasir tələb və üsullara uyğunluğu və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif təşəbbüslər irəli sürmək;
• Fəaliyyət istiqamətləri üzrə proqram təminatlarının işlənilməsində və müvafiq proseslərin avtomatlaşdırılmasında bilavasitə iştirak etmək;
• Sığorta portfeli üzrə maliyyə vəziyyətinin təhlilində iştirak etmək;
• Kənar auditorların məlumat təminatında iştirak etmək;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanılması, hesabatların hazırlanması və s.) həyata keçirmək.

Bilik və bacarıqlar:

• Maliyyə, Mühasibatlıq üzrə Ali təhsil;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklərin olması;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• İş yükünün effektiv planlaşdırılması və tələb olunan vaxt çərçivəsində icra etmək bacarığı;
• Stressə davamlı, komandada işləmək bacarığı, təqdimat bacarığı, MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) haqqında biliklər;
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

Son müraciət tarixi: 25 dekabr 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər