6 C
Baku
Saturday, December 14, 2024

Kosovo gələn ay avrodan istifadəyə keçəcək

Fevralın 1-dən etibarən Kosovoda nağd ödəniş əməliyyatları zamanı yalnız avrodan istifadəyə icazə veriləcək.

Bu barədə Kosovo Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, avrodan istifadəni nəzərdə tutan qaydalar təsdiqlənib və o, fevral ayından ölkədə nağd əməliyyatlarda yeganə valyuta növü kimi istifadə olunacaq.

Avrodan başqa valyuta növləri isə yalnız fiziki formada və ya bank hesablarında saxlanıla, eləcə də beynəlxalq ödənişlər və valyuta əməliyyatlarında istifadə edilə bilər.

Yeni qaydaların qüvvəyə minməsi ilə ölkədə serb dinarının istifadəsinə son qoyulacaq.

Qeyd edək ki, Kosovoda serblərin çoxluq təşkil etdikləri yaşayış məntəqələrində ödəniş üçün əsasən serb dinarından istifadə olunur. Kosovodakı serb müəssisələrində çalışanların maaşları, pensiyaları, sosial və uşaq müavinətləri də dinarla ödənilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər