13 C
Baku
Friday, April 19, 2024

Kredit kartına nə vaxt faiz gəlir?

Demək olar ki, bir çox şəxslərin də istifadə etdiyi kredit kartları bəzilərinin ayrılmaz bir aşyalarına çevrilib. Kredit kartları vasitəsilə açılan kredit xətləri qısamüddətli maliyyələşmə üçün nəzərdə tutulan bank məhsuludur.

Kredit kartı ilə təqdim edilmiş pul vəsaitinin faizsiz istifadəsi üçün sizə verilən müddətdir.  Yəni güzəşt müddəti anlayışı altında elə müddət nəzərdə tutulur ki, həmin müddət ərzində bank borc puldan istifadəyə görə faiz hesablamır. Yəni bank sizə müəyyən bir müddət verir (güzəşt müddəti) , həmən müddət ərzində sizə faiz hesablanmır.

Adətən güzəşt müddəti 30-45 gün arasında olur, bu müddət ərzində müştəri kredit borcunu tam bağladıqda heç bir faiz ödəmir, müddət keçdikdə isə artıq faizlər hesablanır. Əlavə olaraq müştəri pulu bankomatdan nağd çıxardıqda buna görə komissiya ödəyir, POS terminallardan ödədikdə isə bank komissiyanı satıcıdan alır. Lakin güzəşt müddətini sadəcə “Faizsiz müddət” kimi qəbul etmək düz deyil, çünki bank üçün bu alət müştərinin məmnuniyyətini artıraraq banka loyallığını bərkitmək üçündür.

Güzəşt müddəti əsasən bir ay ərzində istifadə olunan vəsaitə görə ödənişlər növbəti ayın 1-dən 10-ə qədər olan vaxt ərzində həyata keçirilir. Misal üçün əgər siz bu ayın 2-si kartınızdan istifadə edərək, ödəniş etmisinizsə, gələn ayın 10-na kimi həmin məbləği yerinə qoymalısınız. Əgər Kart üçün qoyulan güzəşt müddətinə qədər ödənişinizi etməlisiniz. əgər həmin vaxta kimi ödənişinizi edə bilməsəniz, bank tərəfindən tətbiq olunan kiçik məbləği ödəməlisiniz. Digər borcunuzu isə tətbiq olunan illik faiz ilə birlikdə geri ödəməli olacaqsınız.

Məsələn, yanvar ayının 1-də Siz, kredit kartınızdakı vəsaitlərindən istifadə edərək dəyəri 500 manat olan soyuducu almısınız. Növbəti 30 -45 gün ərzində həmin borcu tam şəkildə ödədiyiniz halda, istifadə etdiyiniz məbləğə görə faiz hesablanmır.

Alış əməliyyatdan sonrakı 30-45 gün ərzində borcunuzu ödəmədiyiniz halda, borca 31-46 –cı gündən başlayaraq bankın tətbiq etdiyi uyğun faizi hesablanır.

Lakin yenə də banker.az saytı olaraq xatırlatmaq istərdik ki, kredit kartları normadan artıq xərcləndikdə bu maddi vəziyyətinizi daha da pisləşdirə bilər. Belə ki, alınan hər hansı bir malın pulu nağd ödəndikdə siz nə qədər xərclədiyinizi və pulqabınızda nə qədər qaldığına nəzarət etmirsiniz. Lakin kartdan sərf olunan məbləğ, adətən, nəzərdən qaça bilir. Üstəlik, bu kart alış-verişi sevənin əlindədirsə, deməli, kart borcunun ödənişi ayın sonunda sizin cibinizdə pul qoymaya bilər. Pulsuz alış-veriş imkanı verən bir vasitə kimi görünsə də, kartın zərərli və ya faydalı olması sizin onu necə istifadə etməyinizdən asılıdır. Bəzən kart haqqında kifayət qədər məlumatı olmayan istifadəçi ciddi problemlərlə qarşılaşa bilir.

Lakin unutmayın ki, kartınızın cibinizə zərər və ya fayda verdiyini siz özünüz müəyyənləşdirirsiniz.

Son xəbərlər
Digər xəbərlər