23 C
Baku
Friday, April 19, 2024

Kredit kartlarının üzərindəki rəqəmlər nə anlama gəlir

Əksər istifadəçilər üçün bu kredit kartı üzərində olan rəqəmlərin mahiyyəti sirr olaraq qalır, bununla belə hər bir rəqəm şifrələnmiş informasiya daşıyır. Kart nömrəsinin ilk rəqəmi (MII) kredit kartını buraxan təşkilatın kateqoriyasını bildirir. 

  • 1,2 – aviaxətlər
  • 3 – turizm və əyləncə
  • 4,5 – maliyyə təşkilatları və banklar
  • 6 – merçendayzinq və bank
  • 7 – yanacaq şirkətləri
  • 8 – telekommunikasiya
  • 9 – dövlət assiqnasiyası

Ilk 6 rəqəm (IIN) kartı verən şirkətin və kartın tipini göstərir. 4 rəqəmi kartın Visa; 5 isə MasterCard; 3,5,6 isə Maestro ödəniş sistemi tərəfindən verildiyini göstərir.

Bəs kartın üzərindəki yeddinci rəqəm nə deməkdir? Həmin rəqəmdən başlayaraq, kart sahibinin hesab nömrəsi gəlir. Hesabın nömrəsi sondan əvvəlki rəqəmə qədər davam edir. Belə bir rəqəm tandemindən baş çıxarmaq asan olmasa da, onların quruluşu təsadüf olaraq seçilməyib, belə ki o özündə filial və valyuta haqqında məlumatı əks etdirir.

Nəhayət, bank kartının ən son rəqəmi! Onu həm də “yoxlayıcı say” da adlandırırlar. Burda da heç bir təsadüf yoxdur! O, müəyyən bir riyazi alqoritmə əsasən hesablanır. Kodun əvvəlki rəqəmləri əsasında hesablamalar aparmaqla bu rəqəmi almaq mümkündür.

Həqiqiliyin yoxlanılması:

Kartın həqiqi olmasını və ya onun işləyib-işləməməsini hər kəs yoxlaya bilər. Bütün tək mövqedə yerləşən rəqəmləri ikiyə vurmaq lazımdır. Əgər vurma zamanı ikirəqəmli ədəd alınsa, onda bir rəqəmli ədəd alınana qədər həmin rəqəmləri toplayın. Indi isə bütün rəqəmlərin cəmini tapmaq lazımdır. Cüt mövqedə yerləşən rəqəmlərin cəmini hesablayın və onu alınmış ədədin üstünə gəlin. Əgər alınan cavab 10-a bölünürsə, onda kart nömrəsi həqiqidir.

Kart

Son xəbərlər
Digər xəbərlər