12 C
Baku
Tuesday, May 7, 2024

Kredit təşkilatının rəhbərliyi və bir neçə vəzifəli şəxsi dəyişib

“Fintrend Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbərliyində bir sıra dəyişiklər baş tutub.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata görə, “Fintrend BOKT”un direktoru Rüfət Cəfərov Rahib oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Sevinc Qəmbərova Azər qızı əvəzləyib.

R.Cəfərov bu vəzifəyə 2022-ci ilin martında təyin edilmişdi.

Daxili Audit Xidmətinin rəhbəri Tural Hacıyev Tofiq oğlu vəzifəsindən ayrılıb, onu bu vəzifədə Əhməd Musayev Adil oğlu əvəzləyib.

BOKT-un baş mühasibi olan Allahverdiyeva Nərgiz Zöhrab qızı isə vəzifəsindən ayrılıb, onu hələki kimsə əvəz etmir.

“FinTrend BOKT”un 400 min manat nizamnamə kapitalı var. BOKT-un səhmdarları Erkin Əsədov, Nərmin Hüseynzadə və Kənan Salayev adlı şəxslərdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər