2 C
Baku
Saturday, December 14, 2024

Kreditorların Elektron Portalı fəaliyyətə başlayıb

Azərbaycanda kreditorların Elektron Portalı fəaliyyətə başlayıb.

Ləğv prosesində olan bankların kreditorları portala “ASAN Login”dən istifadə etməklə daxil ola bilərlər. Portala daxil olan hər bir istifadəçi öz “Müştəri kabineti”ndə ona aid məlumatların doğruluğunu yoxlaya, habelə əlavə edə (əlaqə vasitələri) bilər. Kreditorlar portal vasitəsilə hesabatlarla tanış olmaqla yanaşı, kreditlər üzrə təminat kimi yüklü edilmiş əmlakların girovdan azad edilməsi və vətəndaş qəbulu üçün onlayn şəkildə müraciət edə biləcəklər.  

Əmanətlərin Sığortalanması Fondunun hədəfi ləğvedici təyin olunduğu bankların ləğv prosesinin daha effektiv və çevik şəkildə başa çatdırılmasıdır və portalın istifadəyə verilməsi Fond ilə ləğv prosesində olan bankların kreditorları arasında məlumat mübadiləsində, habelə ləğv prosesinin sürətləndirilməsində böyük rol oynayacaqdır. 

Son xəbərlər
Digər xəbərlər