6 C
Baku
Saturday, December 14, 2024

Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq

Kreml Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı Ermənistanın mövqeyinə aydınlıq gətirəcək.

Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Ermənistana gəlincə, biz onlarla işləməyə davam edəcəyik. Onların KTMT ilə bağlı mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik əlaqələrini qoruyub saxlayacağıq”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, KTMT-dən çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər