Kreml Kiyevin Moskva ilə dialoqdan imtina etməsinə münasibət bildirib.
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın dialoqla bağlı Vladimir Zelenskinin və ya Ukraynanın gələcək Prezidentinin mövqeyində dəyişiklik gözləyəcəyini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını təsdiqləyib.