Varşavanın Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT Nazirlər Şurasının iclasında iştirakına icazə verməməsi çətin ki, Rusiya və Lavrova diskomfort yaratsın. Bu, ATƏT üçün başağrısıdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Gəlin ötən ilin sonunu, bu ilin əvvəlini xatırlayaq. Təhlükəsizlik məsələləri üzrə strukturlaşdırılmış, layihəyönümlü və gələcəyə yönəlmiş danışıqlar üçün Rusiyanın konstruktiv təklifini məhz ATƏT-in özü rədd etdi. Bu cür bəyanatlar bizim tərəfimizə, xüsusən də Sergey Lavrova çətin ki, diskomfort yaratsın. Amma bunun təşkilat olaraq ATƏT üçün böyük başağrısı olması birmənalıdır”, deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Polşa Xarici İşlər Nazirliyi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dekabrın 1-2-də Lodzda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına icazə verməyib.