17 C
Baku
Saturday, May 18, 2024

Kreml: Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş planlaşdırılmır

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində üçtərəfli görüş keçirməyi planlaşdırmırlar.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, üçtərəfli görüş olmayacaq, amma ikitərəfli təmaslar, təbii ki, bu qeyri-rəsmi görüş çərçivəsində baş tutacaq. MDB ölkələrinin liderlərinə təkbətək danışmaq imkanı veriləcək”, – Kremlin sözçüsü vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər