18 C
Baku
Sunday, April 28, 2024

Kreml: “Rusiyada prezident seçkiləri istənilən halda keçiriləcək”

“Rusiyada prezident seçkiləri yaxınlaşır. Seçkilər istənilən halda keçiriləcək”.

Nunu Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 24-də jurnalistlərə açıqlamasında deyib.

D.Peskov Ukrayna müharibəsi ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Rusiya kəşfiyyat xidmətləri ABŞ və Böyük Britaniyanın Ukrayna kəşfiyyatına nəzarət etdiyi barədə məlumatlara malikdir.

Kreml sözçüsü həmçinin kollektiv Qərbin döyüş sursatlarının məhdud olduğuna və tükənəcəyinə diqqət çəkib.

O qeyd edib ki, Rusiya uzun müddətdir sanksiya rejimində yaşadığına görə artıq buna uyğunlaşıb.

D.Peskov Prezident Vladimir Putinin bu gün bir sıra telefon danışıqları keçirəcəyini də söyləyib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər