Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin əks-hücuma keçməyi planlaşdırdığını bildirib.
Bu barədə o, “Yle” telekanalına müsahibəsində danışıb.
O deyib ki, Ukrayna Rusiya qüvvələrini dəf edə, həmçinin Krım yarımadasını azad edə biləcək. Zelenski hücumun vaxtını açıqlamayıb. Telekanlın məlumatına görə, əks-hücumun yazın sonu və ya yayın əvvəlinə planlaşdırıldığı güman edilir.
Zelenski qeyd edib ki, Ukraynanın uğuru Qərbin göndərəcəyi silahlardan asılıdır: “Biz mümkün qədər çox insanın həyatını xilas etmək istəyirik, ona görə də silahlar vacibdir”, – Ukrayna prezidenti vurğulayıb.