6 C
Baku
Sunday, December 15, 2024

Kriptovalyuta bazarının kapitallaşması 1 trln. dollardan aşağı düşüb

Bitkoinin hazırkı məzənnəsi 20 min dollardan aşağı düşüb və 19.1 min dollar təşkil edib ki,  bu da iyunun 18-indən bəri ən aşağı göstəricidir. “CNBC”nin məlumatına görə, son bir neçə həftə ərzində bitkoinin və digər kriptovalyutaların rekord ucuzlaşması qlobal kriptovalyuta bazarının ümumi kapitallaşmasının 1 trilyon dollardan aşağı düşməsinə səbəb olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Telekanaldan müsahibə götürən analitiklər kriptovalyutaların ucuzlaşmasını FED-in antiinflyasiya tədbirləri nəticəsində dolların möhkəmlənməsi, eləcə də qlobal iqtisadiyyatın yaxın perspektivləri ilə bağlı investorların pessimizminin artması ilə izah edirlər. İqtisadiyyatda risklər artdıqca, investorlar vəsaitləri kriptovalyutalar kimi tez-tez dəyişən və riskli aktivləri deyil, daha sabit olan dolları seçirlər.

Son xəbərlər
Digər xəbərlər