11 C
Baku
Wednesday, December 11, 2024

Kriptovalyuta investoru Consonun şirkətinə 1 milyon funt sterlinq ianə edib

Birləşmiş Krallığın keçmiş Baş naziri Boris Conson 1 milyon funt sterlinq dəyərində ianə qəbul edib.

Bu barədə “Sky News“ məlumat yayıb. Deputatların maliyyə reyestrinə görə, kriptovalyuta investoru Kristofer Harborn Boris Consonun şəxsi şirkətinə 1 milyon funt sterlinq ianə edib.

Bununla da keçmiş baş nazir, ən çox ianə qəbul edən deputat ünvanını qazanıb. Bundan əvvəl Leyboristlərin lideri Ser Keir Starmerə 74 000 funt sterlinqlik ianə edilmişdi.

Yenilənmiş reyestr göstərir ki, Boris Conson dekabr ayında ictimai çıxışlarından 303 880 funt sterlinq qazanıb. Bundan başqa B.Conson Londonda yeddi saatlıq çıxışı üçün “Ballymore Group” adlı əmlakın inkişafı şirkətindən 50 000 funt sterlinq qazanıb.

Qeyd edək ki, parlament üzvlərinin Maliyyə Maraqlarının Reyestri bütün deputatların hər hansı ianə, əmək haqqı və ya hədiyyələri bəyan etməli olduğu qurumdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər