6 C
Baku
Sunday, December 15, 2024

Kriptovalyutadan gəlir əldə edən fiziki şəxslər vergi öhdəliklərini necə yerinə yetirməlidir?

Kriptovalyuta əməliyyatlarının aparılmasından gəlir əldə edən fiziki şəxslər belə əməliyyatlar üzrə vergi öhdəliklərini necə yerinə yetirməlidir? Tutaq ki, fiziki şəxs 2020-ci il yanvar ayında dəyəri 500 dollar olan kriptovalyuta alıb və hələ onu satmayıb. Lakin həmin kriptovalyutanın dəyəri hazırda 1300 dollardır. Bu halda fiziki şəxs aldığı kriptovalyuta üçün vergini onu satanda və ya satmamış, yoxsa artan dəyərdən ödəməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Buna əsasən gəlirin əldə edildiyi vaxt alınmış kriptovalyutanın təqdim olunduğu vaxt hesab edilir və vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər