10 C
Baku
Thursday, December 12, 2024

Kriptovalyutalarda bütün pullarınızı itirməyə hazır olun – Aİ requlyatorları xəbərdarlıq edir

Avropa Birliyinin qiymətli kağızlar, bank və sığorta nəzarətçiləri 17 mart tarixdə birgə bəyanatında bildiriblər ki, istehlakçılar kripto-aktivlərə yatırdıqları bütün pullarını itirmək riski ilə üzləşib və fırıldaqçılığın qurbanı ola bilərlər.

“İstehlakçılar bu aktivləri aldıqları təqdirdə bütün yatırdıqları pulları itirmək ehtimalı ilə üz-üzədirlər”, – Birliyin üç səlahiyyətli nümayəndəsinin bəyanatında deyilir.

Bu, AB səlahiyyətliləri tərəfindən istehlakçılara kripto-aktivlər haqqında birbaşa xəbərdarlıqların sürətləndiyini göstərir və istehlakçıların mövcud Avropa İttifaqının maliyyə xidmətləri haqqında qanununa əsasən heç bir müdafiəsi və ya kompensasiyaya müraciət edə bilməyəcəyini bildirir.

“Retuters” yazır ki, requlyatorlar daha çox istehlakçının risklərdən tam xəbərdar olmadan bitkoin və etherium də daxil olmaqla 17 000 müxtəlif kriptovalyuta satın almasından getmələrindən daha çox narahatdırlar.

Məlumatda bildirilir ki, istehlakçılar, o cümlədən sosial media və təsir edənlər vasitəsilə “aldadıcı reklam” risklərinə qarşı diqqətli olmalıdırlar. “İstehlakçılar vəd edilən sürətli və ya yüksək gəlirlərdən, xüsusən də real olmayan, cazibədar görünənlərdən xüsusilə ehtiyatlı olmaq lazımdır”, – deyə, qeyd olunur.

Müraciətdə istehlakçılara o da çatdırılır ki, bəzi kriptoaktivlərin istehsalı üçün enerji istehlakının yüksək olduğunu və bunun ətraf mühitə təsiri var.

Son xəbərlər
Digər xəbərlər