11 C
Baku
Wednesday, December 11, 2024

KTMT Baş katibi Bişkek və Düşənbəni atəşkəsə çağırıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Qırğız Respublikası və Tacikstanın təhlükəsizlik şuralarının katibləri ilə telefonla danışıb.

Məlumatı Tacikstan KİV-i yayıb.

KTMT Baş katibi Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov və onun tacikistanlı həmkarı Nasrullo Mahmudzoda ilə danışarkən qısa müddətə atəşkəsin tətbiq edilməsi və münaqişənin dinc yolla tənzimlənməsi üçün danışıqlara başlamağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan 1992-ci il mayın 15-də KTMT-nin üzvləridir.

Xatırladaq ki, sentyabrın 14-dən iki ölkənin dövlət sərhədində atışma gedir.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər