28 C
Baku
Tuesday, April 30, 2024

Kubada “Mir” kartları ilə ödənişlərə başlanılıb

“Mir” ödəniş sistemi Kubanın POS terminallarında qəbul olunmağa başlayıb, bu barədə ödəniş sisteminin saytında bildirilir. Hazırda Havana və Varaderoda “Mir” kartları ilə ödəniş mümkündür, gələcəkdə onların qəbulunu bütün Kubada genişləndirmək planlaşdırılır.

Relizdə qeyd olunur ki, 2023-cü ilin mart ayında Kubada “Mir” kartlarından nağd pul çıxarmaq mümkün olub. O vaxtdan bəri rusiyalı turistlər bu fürsətdən təxminən 3 min dəfə yararlanıblar.

“Mir” ödəniş sistemi 2014-cü ildə yaradılıb. “İnterfaks”ın 2022-ci ilin sentyabrına olan məlumatına görə, “Mir” kartları on ölkədə, ilin sonuna isə səkkiz ölkədə qəbul edilib. İndi isə Özbəkistan istisna olmaqla, qonşu ölkələrdə bu kartlarla ödəniş etmək olur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər