7 C
Baku
Thursday, December 12, 2024

Kuleba: “Rusiyanın enerji ilə bağlı şantajı Avropaya qarşı müharibəsinin bir hissəsidir”

Almaniya xarici işlər naziri Annalena Berbok və Ukrayna xarici işlər naziri Dmitri Kuleba Praqada görüşüb.

Bu barədə Ukrayna XİN başçısı “Twitter”də bildirib.

Onun sözlərinə görə, görüşdə Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiya paketi, ruslar üçün viza qadağası və Ukraynaya əlavə silah tədarükü müzakirə olunub.

“Rusiyanın enerji ilə bağlı şantajı onun Avropaya qarşı müharibəsinin bir hissəsidir və ona güclü və vahid Avropa cavabı verilməlidir”, Kuleba vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər