6 C
Baku
Sunday, December 15, 2024

Kür üzərində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirən ikinci körpünün inşası yekunlaşıb

Kür çayı üzərində, Ələt-Osmanlı mənzilində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttini birləşdirən ikinci dəmir yolu körpüsünün tikintisi yekunlaşıb.

Körpünün yaxın günlərdə istismara verilməsi gözlənilir. Hazırda körpüdə dəmir yolu xəttinin quraşdırılması işləri aparılır, tikinti zamanı texnikanın işləməsi üçün quraşdırılan köməkçi körpünün və tikililərin sökülməsi işləri yerinə yetirilir. Ətraf ərazilər abadlaşdırılır və yenilənir. Körpü ilə yanaşı Kür çayında körpüətrafı dəmir-beton istinad divarları da tikilib. Körpünün altından Şirvan şəhəri ilə Çılpaqlı qəsəbəsini birləşdirən yeni asfalt yol salınıb, səkilər quraşdırılıb.

Layihə çərçivəsində 2021-ci ilin iyun ayında tikintisinə başlanılmış yeni körpü 2022-ci ilin oktyabr ayında istismara verilib. Hazırda inşası başa çatdırılan ikinci körpü, 100 il əvvəl inşa edilən və qəzalı vəziyyətə düşən mövcud körpünü demontaj etdikdən sonra onun yerində qurulub.

Hər iki körpünün uzunluğu 270,7 metr, eni 5,7 metrdir. 4 aşırımdan ibarət olan körpülərin orta aşırımlarının uzunluğu 111,4 metr, kənar aşırımların uzunluğu isə 18,7 metrdir.

“Körpü-Bina-Tikinti” MMC tərəfindən həyata keçirilən tikinti işləri zamanı körpünün aşırımlararası dayaqları olan dəmir-beton konstruksiyalarının tikintisində böyük həcmdə-tonlarla metal-konstruksiya və beton istifadə edilib. Tikinti zamanı mürəkkəb, dünyanın qabaqcıl tikinti texnalogiyasından və müasir maşın-mexanizmlərdən istifadə edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlı bildirib ki, 13 mart 2021-ci ildə Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Kür çayı üzərində, Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttində inşa edilən ikinci körpüdə işlər yekunlaşmaq üzrədir:

“Yeni və mövcud körpünün yenidən qurulması işğaldan azad olunmuş ərazilərin inkişafına böyük töhfə olacaq. O cümlədən, infrastrukturun inkişaf etdirilməsində, bölgələrin bərpa olunmasında, yükdaşımalarda, Zəngəzur dəhlizinin açılmasından sonra daha böyük əhəmiyyət kəsb edəcək. Bu körpülər beynəlxalq arenada logistikanın inkişafında böyük yer tutacaq. Həm də Naxçıvanla əlaqələrmiz daha da intensivləşəcək və bölgələrimizin inrastruktrunun inkişafına böyk tövhfələr verəcək. Hazırda tikinti-quraşdırma işlərinin sonudur, tamamlama işləri aparılır. Yanaşma yolları bərpa olunmağa başlayıb. Şirvan stansiyası tərəfində yolun torpaq işləri yekunlaşıb. Həftəni axırına qədər rels-şpal, yerin üst quruluşu işləri də tamamlanacaq. Ondan sonra yolun Osmanlı istiqamətində bərpa işləri qısa müddətdə yekunlaşacaq.

Körpüdən keçən dəmir yolu xəttində həm böyük həcmli yükdaşımalar, həm də sərnişindaşıma həyata keçiriləcək. Bu,

Naxçıvan və Türkiyə istiqamətində intensiv iqtisadi əlaqələrin yaranmasına öz töhfəsini verəcək. Ən əsası isə 30 il iqtisadi blokadada qalan Naxçıvanın iqtisadi inkişafına, insanların gediş-gəlişinə imkan yaradacaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər