10 C
Baku
Wednesday, December 11, 2024

Küveyt İranın Körfəzdəki qaz yatağı ilə bağlı iddialarını rədd edib

Küveytin neft naziri Səəd əl-Bərak bazar günü bildirib ki, Küveyt və Səudiyyə Ərəbistanı Körfəzdəki “Əl-Dürrə” qaz yatağında “müstəsna hüquqlara” malikdir. O, bu yatağa iddia edən İranı, ilk növbədə, öz dəniz sərhədlərini müəyyən etməklə iddiasını sübut etməyə çağırıb.

İran daha əvvəl yataqda payının olduğunu bildirmiş və onun işlənməsi üçün keçən il imzalanmış Səudiyyə-Küveyt sazişini “qanunsuz” adlandırmışdı. Tehranın bu iddialarını şərh edən küveytli nazir jurnalistlərə müsahibəsində deyib: “Bu yatağın işlənməsi Küveyt və Səudiyyə Ərəbistanının “Əl-Dürrə” sahəsində müstəsna hüququdur və kimin iddiası varsa, sərhədləri demarkasiya etməyə başlamalıdır. Əgər Tehranın buna hüququ varsa, beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət edəcək. Qarşı tərəfin dəniz sərhədlərinin dəqiq demarkasiyasına əsaslanmayan iddiaları var”.

Əl-Bərakın şərhləri keçən həftə Səudiyyə Ərəbistanı və Küveytin Körfəzdəki “bölünmüş bölgədə” təbii sərvətlərə sahib olduğunu bildirən Ər-Riyadın mövqeyi ilə üst-üstə düşür.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA bildirib ki, Krallıq da İrana bölgənin şərq sərhədinin demarkasiyası ilə bağlı Ər-Riyad və Küveytlə danışıqlara başlamaq çağırışını təkrarlayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər