20 C
Baku
Sunday, May 26, 2024

Küveytin yeni baş naziri məlum oldu

Küveyt əmiri Şeyx Maşal Əl-Əhməd Əl-Cabir Əl-Sabah Şeyx Məhəmməd Sabah Əl-Salem Əl-Sabahı ölkənin yeni baş naziri təyin edib.

Bu barədə KUNA agentliyi məlumat yayıb.

Yeni baş nazir gələcək Nazirlər Kabinetinin əmir tərəfindən təsdiqlənəcək üzvlərini irəli sürməli, həmçinin Milli Məclisə – Küveytin birpalatalı parlamentinə hökumətin formalaşması barədə hesabat verməlidir.

Şeyx Maşal dekabrın 16-da vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın yerinə keçib. Yeni əmir Milli Məclis qarşısında and içdikdən sonra Küveyt hökuməti istefa verib.

Şeyx Maşal dekabrın 20-də keçmiş baş nazir Şeyx Əhməd Nəvaf əl-Əhməd əl-Sabahın hökuməti istefaya göndərmək tələbini qəbul edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər