10 C
Baku
Wednesday, December 11, 2024

Ləğv prosesində olan banka tələbi olanlar bu ünvanlara müraciət etsin

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar 2016-cı il tarixli, 07/1 saylı qərarı ilə “Qafqaz İnkişaf Bankı ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziya ləğv edilmiş və Azərbaycan Respublikasının Ali Məhkəməsi 11 avqust  2016-cı il tarixli, 2-1(102)-1471/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 10.05.2016-cı il tarixli qərarını dəyişdirilmədən saxlamış və “Qafqaz  İnkişaf  Bankı” ASC müflis elan edilərək bank barədə iflas proseduruna başlanılmış, eləcə də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2-1(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı”ASC-yə ləğvedici təyin olunmuşdur.

Bununla  əlaqədar  olaraq  müflis  elan  edilmiş  banka  qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaqdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim  etməlidirlər:

– kreditorun adı  və ünvanı;

– tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

– tələbin təminatı olan girov
(ipoteka) və ya təminat barədə məlumat.

Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etsinlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Bakı şəhəri, Bülbül prospekti 40, 4-cü mərtəbə.

Əlaqə nömrələri: (+994 12) 596 65 91/92/93, qaynar xətt: 941

Son xəbərlər
Digər xəbərlər