Lənkəran rayonunda şokolad istehsal edəcək üç yaşlı “La Ran” MMC-yə şirkətə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 300 min manat kredit verilib.
Bunu Banker.az iqtisadiyyat naziri Mikayıl Cabbarovun tvitinə istinadla xəbər verir.
“Fondun 300 min manat güzəştli kredit ayırdığı şokolad istehsalı layihəsi Lənkəranda icra olunacaq”- deyə, iqtisadiyyat naziri bildirib.
Xatırladaq ki, “La Ran” MMC 20220-ci ilin sentyabrında təsis edilib. Onun 10 manat nizamnamə kapitalı olmaqla ona Nurlan Nurəliyev İbadulla oğlu rəhbərlik edir.