Laçın şəhərindən yan keçən yolun Ermənistan hissəsinin tikintisinə əlavə 8,5 milyard dram (20,7 milyon dollar) ayrılıb.
Ermənistan hökuməti bu barədə avqustun 25-də qərar qəbul edib.
Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.
Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.