Latviya gələn ildən Rusiya qazını mərhələli şəkildə dayandırmağı planlaşdırır.
Bu barədə Latviyanın iqtisadiyyat naziri Yanis Vittenberqs bildirib.
O, ölkəsinin Rusiya qazından imtina etmək niyyətində olduğunu bildirib. Nazirin sözlərinə görə, bu, 2023-cü il yanvarın 1-də baş verə bilər.
Vittenberqs qeyd edib ki, bu, Latviyanın enerji təhlükəsizliyini gücləndirəcək tarixi qərardır.
Rusiya qazından imtinanı nəzərdə tutan qanuna düzəlişlər parlamentə təqdim olunacaq.