9 C
Baku
Friday, December 13, 2024

Latviya Rusiya vətəndaşlarının müvəqqəti yaşayış icazələrinin uzadılması prinsiplərini dəyişdirir

Latviyanın hakim koalisiyası Rusiya vətəndaşları üçün müvəqqəti yaşayış icazələrinin uzadılması prinsiplərini dəyişdirməyə razılaşıb – gələcəkdə onlar nadir hallarda uzadılacaq.

Bu barədə Latviyanın Baş naziri Krisyanis Karins keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, məsələn, həyat yoldaşlarına görə olan daimi yaşayış icazələrinin bundan sonra yalnız dövlət dili imtahanından uğurla keçənlərə verilməsi qərara alınıb.

K.Karins yaxın həftələrdə hökumətdə müvafiq qərarların veriləcəyini vurğulayıb.

Baş nazir qeyd edib ki, artıq Rusiya vətəndaşlarına müstəsna hallar istisna olmaqla viza verilmir, yaşayış icazəsi isə praktiki olaraq verilmir.

Bundan əvvəl Latviyanın daxili işlər naziri Kristaps Eklons daimi yaşayış icazəsi alanların dövlət dili biliyinin yoxlanılmasını təklif etmişdi.

 

 

Son xəbərlər
Digər xəbərlər