13 C
Baku
Wednesday, May 22, 2024

Latviya rusiyalılara bütün növ vizaların verilməsini dayandırır

Latviya ruslara bütün növ vizaların verilməsini dayandırır, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Qərar barədə Baltik respublikasının prezidenti Edqars Rinkeviç “Twitter” səhifəsində yazıb.

“Rusiyadakı hadisələrlə əlaqədar Latviya humanitar və ya digər növ vizalar verməyəcək”, – o deyib.

Rinkeviç həmçinin qeyd edib ki, ruslar üçün əvvəlki səyahət məhdudiyyətləri qüvvədə qalacaq.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər