6 C
Baku
Sunday, December 15, 2024

Latviya səfərbərlikdən yayınan rusları ölkəyə buraxmayacaq

Latviya səfərbərlikdən yayınan Rusiya Federasiyası vətəndaşlarına humanitar viza verməyəcək. Bunu ölkənin xarici işlər naziri Edqars Rinkeviçs deyib. Onun sözlərinə görə, bu, təhlükəsizlik baxımından zəruridir. Həmçinin, ölkə ruslar üçün sentyabrın 19-da tətbiq edilən sərhədi keçmək məhdudiyyətlərini dəyişdirməyəcək.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Qeyd edək ki, avqustun 5-də Latviya rusların viza almaq üçün müraciət qəbulunu dayandırıb.

Avqustun 19-da Litva və digər Baltikyanı ölkələr ruslara və belaruslara Aİ-nin digər ölkələrində onlara verilmiş Şengen vizası ilə ölkələrinə səfər etməyi qadağan edib. Söhbət turizm, idman, mədəniyyət və ya biznes məqsədi ilə edilən səfərlərdən gedir.

Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.

Son xəbərlər
Digər xəbərlər