10 C
Baku
Thursday, December 12, 2024

Lavrov: “Azərbaycan Xəzər regionunda mühüm tərəfdaş və müttəfiqdir”

“Azərbaycan Rusiyanın Cənubi Qafqaz və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfəri ilə bağlı məlumatında deyilir.

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda inkişaf edir. Gündəlik birgə fəaliyyət bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”, – Nazirliyin bəyanatında deyilir.

Qeyd olunur ki, Sergey Lavrovun Bakıya səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşləri nəzərdə tutulub.

Bildirilir ki, ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər