12 C
Baku
Friday, March 29, 2024

Lavrov deyir ki, Qərb dünyanın anti-Rusiya mövqeyi tutması üçün çalışır

“Hazırda görürük ki, kollektiv Qərb ölkələri həm Avropada, həmçinin dünyanın digər qitələrindəki ölkələri anti-Rusiya mövqeyi tutmağa çağırır”.

Bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov ölkənin aparıcı KİV nümayəndələri ilə işgüzar görüşü zamanı deyib.

“Rusiya Prezidenti Vladimir Putin son həftələr ərzində dəfələrlə baş verən hadisələrə qiymət verərək hazırkı situasiyada, kollektiv Qərbin artıq çoxdandır ki, özünü siyasi və hüquqi razılıqların əldə olunması üçün tərəfdaşlıqdan uzaqlaşdırdığı bir vaxtda, Rusiyanın tutduğu siyasi xətt barədə məlumat verib”, – deyə Lavrov bildirib.

O Qərbin məqsədi təkcə Avropada yox, dünyanın bütün qitələrində və ölkələrində Rusiya əleyhinə mövqeyə nail olmaq və həmin ölkələri öz iradəsi altında saxlamaq olduğunu deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər