9 C
Baku
Thursday, December 12, 2024

Lavrov G20 nazirlərinin iclasında iştirak edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistana səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

O, Yeni Dehlidə keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında edəcək. Lavrovun işgüzar səfəri martın 1-dən martın 3-dək davam edəcək.

Zaxarovanın sözlərinə görə, səfər zamanı Lavrov Hindistanın xarici işlər naziri Subramanyam Caişankar ilə görüşəcək. Görüş zamanı ticarət və investisiyalar, nəqliyyat və logistika sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı hesablaşmalarda milli valyutaların istifadəsi və enerji sektorunda perspektivli layihələr müzakirə ediləcək.

Son xəbərlər
Digər xəbərlər