6 C
Baku
Sunday, December 15, 2024

Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb.

Diplomatlar Fars körfəzindəki mövcud vəziyyətə xüsusi diqqət yetirərək aktual regional məsələləri müzakirə ediblər.

“Yaxın Şərq dövlətlərinin maraqları nəzərə alınmaqla, burada mövcud olan bütün ziddiyyətlərin siyasi və diplomatik yollarla aradan qaldırılmasının xeyrinə Moskva və Tehranın mövqelərinin ümumiliyi təsdiqlənib”, – Rusiya XİN-i bildirib.

Bundan əlavə, Qərb mətbuatının başlatdığı informasiya kampaniyasının gətirə biləcəyi zərərlər diqqətə çatdırılıb: “Çətin beynəlxalq vəziyyətdə bu, strateji əhəmiyyətli ərazidə gərginliyin təhlükəli artması ilə nəticələnə bilər”.

Lavrov və Abdollahian Cənubi Qafqazdakı vəziyyətə də toxunub və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ərtafında müzakirələr aparıblar.

Son xəbərlər
Digər xəbərlər