8 C
Baku
Friday, December 13, 2024

Lavrov: “Rusiya Ukrayna taxılının daşınmasında Türkiyə ilə işləməyə hazırdır”

“Rusiya tərəfi Ukrayna taxılının daşınması problemində Türkiyə ilə işləməyə hazırdır”.

Bunu Belarusun Milli Dövlət Teleradio Şirkətinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Lakin limanlara gəlincə, onlar bizim tərəfimizdən bağlanmayıb. Bu ilin mart ayından silahlı qüvvələrimiz Ukraynanın minalanmış ərazi sularından Bosfor boğazına qədər təhlükəsiz dəhlizlər elan edir. Ukrayna tərəfi limanları təmizləməlidir. Ukrayna taxılının daşınmasının ən asan yolu Belarusdan keçir, Polşa və Rumıniyadan keçən marşrutlar daha baha başa gəlir”, – deyə o bildirib.

Lavrovun sözlərinə görə, “bunun üçün yalnız bütün logistika və maliyyə zəncirlərini təmin etmək lazımdır”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər