5 C
Baku
Friday, March 29, 2024

Lavrov Rusiyanın Ukraynadakı müharibədə əsas hədəflərini açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatının ən mühüm vəzifələrindən biri Rusiyanın təhlükəsizliyinin qorunması və Ukrayna ərazisində təhdidlərin yaranmasının qarşısını almaqdır.

Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Rusiyanın Birinci Kanalında yayımlanan “Böyük Oyun” verilişinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Rusiya dörd yeni regionun təhlükəsizliyi üçün həyata keçirilən xüsusi hərbi əməliyyatın məqsədlərinin yerinə yetirilməsini təmin etmək niyyətindədir.

“Rusiya Prezidenti Vladimir Putinin vurğuladığı kimi, bizim mütləq prioritetimiz Rusiyanın dörd yeni regionudur ki, onlar məruz qaldıqları nasizm təhdidlərindən azad edilməlidir. Rusiya həmin regionlarda uzun illərdir yaşayan insanların təhlükəsizliyini təmin etməlidir,” – XİN rəhbəri vurğulayıb.

Xatırladaq ki, bu ilin 24 fevralında Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmana əsasən Ukraynada xüsusi hərbi əməliyyata başlanılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər