9 C
Baku
Thursday, December 12, 2024

Lavrov Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına çağırıb

Rusiya XİN rəhbəri Sergey Lavrov Hindistanda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında həmkarlarından Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına çağırış edib.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov toplantı çərçivəsində çıxışı zamanı müraciət edib.

Lavrov Rusiyaya sanksiyalara, birtərəfli məhdudiyyətlərə, o cümlədən maksimum qiymət həddinə qarşı çıxmaq üçün digər ölkələrin XİN rəhbərlərinə çağırış edib.

“Qanunsuz sanksiyalara, beynəlxalq ticarət azadlığının hər hansı formada pozulmasına, bazar manipulyasiyasına, özbaşına qiymət həddi tətbiqinə və digər ölkələrin təbii ehtiyatların mənimsənilməsi cəhdlərinə son qoymaq lazımdır”, – Lavrov çıxışında vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər