Azərbaycanda zavoda yeni direktor təyin edilib

“Lənkəran Konserv Zavodu” MMC-yə yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, Nağıyev Ziya Hüseyn oğlu şirkətin direktoru təyin edilib.

O bu vəzifədə Camalov Ramin Calal oğlunu əvəz edib. Camalov R.C. şirkət yarandğı 2010-cu ildən ona rəhbərlik edirdi.

Nağıyev Z.H. isə uzun illər qida sektorunda çalışıb. Belə ki, o “Baglan Group”, “AS Group Investment”, “Ağcəbədi Süd Zavodu” və “AzProtein Food Group” kimi şirkətlərdə çalşıb.

Xatırladaq ki, 2010-ci ildən şirkət “Gilan Lənkəran Konserv Zavodu” MMC kimi dövlət qeydiyyatında idi və 2022-ci ildən rebrendinq edib və hazırkı adı götürüb. 2022-ci ilə qədər 1100 manat kapitalı olan şirkətin sonradan nizamnamə kapitalı 17.4 milyon manata qaldırılmışdı.

Zavod 2 hektarlıq ərazidə yerləşir. Zavod İtaliyanın “Padovan” şirkətinin texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti malikdir. Həmçinin müəssisədə meyvə püresi və aseptik dolumlu tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsullar Bağdan ticarət nişanı ilə istehsal edilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər