7 C
Baku
Sunday, December 15, 2024

‘Leverage’ nədir?

Leverage termini bir neçə mənaya sahibdir.

  1. İnvestisiyanın potensial gəlirliliyinin artırılması məqsədilə marja kimi müxtəlif maliyyə alətlərindən və yaxud borc kapitalından istifadə olunması.

Leverage opsion, fyuçers, marja və digər maliyyə alətləri vasitəsilə yaradıla bilər. Məsələn, təsəvvür edək ki, sərmayə olaraq yatıra biləcəyiniz 3000 dollarınız var. Bu məbləğə real bazarda hər hansı bir şirkətin 1000 səhmini ala bildiyiniz halda, Leverage hesabına törəmə maliyyə alətləri bazarında öz 3000 dollarınızı 15 opsion müqaviləsinə yatıra bilərdiniz. Belə olduqda, investisiya portfelinizdə 1000 əvəzinə təqribən 50 000 səhminiz olardı. Lakin qeyd etmək lazımdır ki, Leverage-dən istifadə yalnız gəliri deyil, potensial zərərləri də artırır.

  1. Şirkətin öz aktivlərini maliyyələşdirmək üçün istifadə etdiyi borc pul vəsaitlərinin məbləği. Yüksək borc kapitallı şirkət yüksək Leverage-ə sahibdir.

Şirkətlərin əksəriyyəti öz əməliyyat fəaliyyətini maliyyələşdirmək üçün borc vəsaitlərindən istifadə edir. Şirkət bunu edərək öz Leverage-ni yüksəldir, çünki şirkət öz şəxsi kapitalını yüksəltmədən biznes-əməliyyatlara yatırım edə bilər. Məsələn, əgər şirkət investorun yatırdığı 15 milyon dollar vəsait ilə yaradılıbsa, onun fəaliyyət göstərmək üçün istifadə edəcəyi şəxsi kapitalı elə bu 15 milyon dollar təşkil edəcək. Şirkət 25 milyon dollar cəlb edərək maliyyələşmə üçün borc kapitalından istifadə edirsə, onun biznes əməliyyatlara yatırım etmək və səhmdarlara əlavə gəlir əldə etmək üçün daha çox imkanı yaranır.

Nəticə

Leverage – daha effektiv şəkildə investisiya etməyə və yaxud əməliyyat fəaliyyəti həyata keçirməyə imkan verərək həm şirkət, həm də investora kömək edir. Lakin ondan istifadə böyük risk ilə əlaqəlidir. Əgər investor Leverage-dən istifadə edirsə, bazar isə onun gözləntilərinin əksinə hərəkət edirsə, investorun itkiləri sərmayənin Leverage-siz həyata keçirilməsi zamanı baş verə biləcək itkilərdən daha çox olacaq. Leverage gəliri yüksəltdiyi kimi zərəri də yüksəldir. İşgüzar mühitdə şirkət səhmdarların rifahını yüksəltməyə cəhd etmək üçün Leverage-dən istifadə edə bilər, lakin nə isə yolunda getmədiyi halda faiz xərcləri və kredit riski səhmdarları tamamilə məhv edə bilər.

Bununla yanaşı, daşınmaz əmlakla bağlı müqavilələrdə də adətən Leverage-dən istifadə olunur. Məsələn, ipoteka köməkliyi ilə ev əldə etmək üçün.

 

Son xəbərlər
Digər xəbərlər